“Şahdağ Qusar” Azərbaycan çempionu oldu

Futbol üzrə Azərbaycan II Liqasına yekun vurulub.

Gununsesi.info xəbər verir ki, XXVI turda səfərdə “Dinamo” ilə qolsuz heç-heçə edən “Şahdağ Qusar” komandası çempion adını qazanıb.

Elnur Abdullayevin baş məşqçi olduğu kollektiv xalını 72-yə çatdıraraq, yarışın qalibi olub. Səfərdə “Qusar”a 9:0 hesabı ilə qalib gələn “Şəfa” komandası 71 xalla ikinci yeri tutub. 58 xala malik “Şimal” isə üçüncü yerlə kifayətlənib. Hər üç komanda gələn mövsüm Azərbaycan I Liqasına vəsiqə qazanıb. Dördüncü yeri tutan “Hypers Quba” isə I Liqanın 9-cusu “Difai” ilə keçid pley-off matçında üz-üzə gələcək.

Qeyd edək ki, mükafatlandırma mərasimi mayın 22-də keçiriləcək.

Gununsesi.info