
Türk Dövlətləri Təşkilatının Qeyri-rəsmi Zirvə Toplantısı üçün Budapeştə gedən prezident Ərdoğanı Macarıstanın Baş naziri Orban qarşılayıb. Orban, “Bildirmək istərdim ki, biz Ərdoğanı və onun üzərinə götürdüyü sülh missiyasını çox yüksək qiymətləndiririk”.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının Qeyri-rəsmi Zirvə Toplantısının keçiriləcəyi Macarıstanın paytaxtı Budapeştə gedib .
Ərdoğanı Varkert Bazarın qarşısında Macarıstanın baş naziri Viktor Orban qarşılayıb.
Orban sammitdəki açılış nitqində “Cənab Ərdoğan, şübhəsiz ki, Türk axınının Qərbdə necə irəliləyəcəyi haqqında çox danışdığımızı xatırlayacaq. Qərb bunun qarşısını almaq üçün çox şey etdi, amma biz onu qurduq” deyib.
“Əgər bu boru kəməri olmasaydı, Macarıstan üçün enerji də olmazdı” deyən Orban, “Ona görə də cənab Ərdoğana təşəkkür edirəm. Çünki o, bu layihəni çox güclü dəstəklədi”deyib.
Rusiya-Ukrayna müharibəsinə də toxunan Orban, “3 ildir ki, siz həmişə sülhün tərəfdarı oldunuz, bu həm əxlaqi baxımdan doğru idi, həm də bizim mənfəətimizə idi. Ona görə də demək istəyirəm ki, prezident Ərdoğanı və üzərinə götürdüyü sülh missiyasını çox yüksək qiymətləndiririk”, – deyə 0, həmçinin bildirib.
Orxan