
Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen Inın Rusiyaya səfər edəcəyini təsdiqləyib.
Gununsesi.info xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“Mən təsdiq edirəm ki, KXDR liderinin prezident Vladimir Vladimiroviç Putindən Rusiyaya rəsmi səfərə dəvəti var”, – Rudenko qeyd edib.
O, səfərin vaxtının və gündəliyinin diplomatik kanallar vasitəsilə razılaşdırılacağını bildirib.