İsrailin saxta təsdiqi: Yardım maşınları Qəzzaya girir, lakin fələstinlilərə çatmır

Birləşmiş Millətlər Təşkilatı bildirib ki, İsrail yük maşınlarının Qəzzaya daxil olmasına icazə versə də, aclıq təhlükəsi ilə üzləşən fələstinlilərə qidanın çatmasına mane olmağa davam edir.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, İsrail ordusuna bağlı Fələstin Ərazilərində Hökumət Fəaliyyətlərinin Koordinasiyası (COGAT) tərəfindən edilən açıqlamada, İsrailin “aclığın qarşısını almaq üçün əsas miqdarda qidanın keçməsinə icazə verəcəyini” elan etməsindən sonra 93 yardım maşınının Kerem Əbu Səlim Sərhəd Qapısından Qəzzaya keçdiyi bildirilib .

Lakin İsrailin baş naziri Benyamin Netanyahunun Qəzzadakı mühasirəni ləğv etdiyini elan etməsindən iki gün sonra Birləşmiş Millətlər Təşkilatı İsrailin aclıqdan əziyyət çəkən fələstinlilərə qidanın çatmasına mane olmağa davam etdiyini bildirib.

BMT-nin humanitar yardım agentliyinin (OCHA) sözçüsü Jens Laerke, Cenevrədə keçirdiyi mətbuat brifinqində dünən günortadan sonra Qəzzaya yalnız beş yardım maşınının gəldiyini və yardım işçilərinə hətta nişan daşınması üçün icazə verilmədiyini söylədi.

Laerke deyib ki, İsrail hakimiyyəti daha 100-ə yaxın yük maşınının Qəzzaya daxil olmasına icazə verib, lakin onların keçməsinə hələ icazə verməyib. Hətta bu daşınma da “okeanda bir damla” sayılır.

Orxan

Gununsesi.info