
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının (TDT) Qeyri-rəsmi Zirvə Toplantısında iştirak etmək üçün Macarıstanın paytaxtı Budapeştə gedib.
Gununsesi.info xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.
Türkiyə liderini səfərdə həyat yoldaşı Əminə Ərdoğan, prezidentin kommunikasiyalar üzrə direktoru Fahrettin Altun və baş müşaviri Akif Çağatay Kılıç müşayiət edir.
Türkiyə Prezidentinin “Şərqlə Qərbin Görüş Nöqtəsi” mövzusu ilə keçiriləcək Budapeşt zirvəsi çərçivəsində TDT Dövlət Başçıları Şurasının Toplantısına qatılacağı, iştirakçı dövlətlərin liderləri ilə ikitərəfli danışıqlar aparacağı nəzərdə tutulur.
TDT-nin zirvəsində Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edəcək.
Gununsesi.info