Gürcüstan Rusiyaya avtomobil ixracını qadağan etdi

Gürcüstan mayın 15-dən etibarən Rusiya və Belarus vətəndaşları üçün avtomobillərin və tikinti texnikasının təkrar ixracına qadağa tətbiq edib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, qəbul edilən qərar İtaliya, Almaniya və ABŞ istehsalı olan buldozer, ekskavator, traktor, kran və digər ağır texnikanı əhatə edir.

Jurnalistlərin araşdırmasına görə, qadağaya səbəb Rusiyaya qarşı tətbiq olunan sanksiyalara baxmayaraq, bu texnikanın Gürcüstan üzərindən formal olaraq üçüncü ölkələrə ixrac edilməsi, əslində isə Rusiyaya çatdırılmasıdır.

Xatırladaq ki, Avropa İttifaqının 2023-cü ilin fevralında qəbul etdiyi 10-cu sanksiya paketi çərçivəsində Rusiyaya tikinti texnikası və onun ehtiyat hissələrinin ixracı qadağan olunub.

Qeyd edək ki, bu qərarı Gürcüstanın Daxili İşlər Nazirliyi də təsdiqləyib.

 

 

Şəbnəm

Gununsesi.info