Kafedə əxlaqsızlıq yuvası aşkarlandı: Hamamda yataq dəsti aşkarlandı

Şəmkirdə kafedə əxlaqsızlıq yuvası aşkarlanıb.

Gununsesi.info xəbər verir ki, hadisə Şəmkir şəhəri, Krazyolu yaşayış massivində yerləşən “Cəfərqulunun kafesi” adlanan ictimai iaşə obyektində baş verib.

Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində kafenin əxlaqsızlıq yuvası kimi fəaliyət göstərdiyi məlum olub. Müəyyən edilib ki, həmin kafenin sahibkarı icarəyə götürdüyü ictimai-iaşə obyektinin hamamında yataq dəsti yerləşdirərək oranı saatı 10 manata kirayə verirmiş.

Faktla bağlı cinayət işi başlanıb və iş məhkəməyə göndərilib.

Məhkəmənin hökmü ilə icarədar Ayşən Məmmədova hər ay qazancından dövlət nəfinə 20 faiz tutulmaqla 2 (iki) il müddətə islah işləri cəzasına məhkum edilib.

Gununsesi.info