
Amerika Birləşmiş Ştatları (ABŞ) fələstinlilərin Qəzzadan Liviyaya deportasiyası məsələsini müzakirə etməyib, amma digər region ölkələrinin könüllü olaraq köçmək istəyən fələstinliləri qəbul edib-etməyəcəklərinə dair fikrini öyrənib.
Gununsesi.info Əl Cəzirə”yə istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Dövlət katibi Marko Rubio bildirib.
“Bizim bəzi ölkələrlə müzakirə etdiyimiz məsələ budur ki, əgər kimsə hər hansı səbəbdən müvəqqəti köçmək istəyərsə, regionda hansı ölkələr onları qəbul etməyə hazırdır?”, – Dövlət katibi deyib.
Rubio Liviyanın bu qrupa daxil olub-olmaması ilə bağlı məlumatının olmadığını əlavə edib.
O, həmçinin humanitar yardım daşıyan 100 yük maşınından ibarət ilk karvanın Qəzza ərazisinə daxil olduğunu və yaxın günlərdə növbəti karvanın da sektor ərazisində olacağını deyib.