Rafael Quliyev nazir təyin edildi

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin sədr müavini Rafail Quliyev Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri təyin olunub.
Gununsesi.info  xəbər verir ki, bununla bağlı Naxçıvanın Ali Məclis sədrinin I müavini Bəxtiyar Məmmədov sərəncam imzalayıb.
Xatırladaq ki, indiyə qədər sözügedən vəzifəni müvəqqəti olaraq Xəyalə Dadaşova icra edib. O, Naxçıvan kənd təsərrüfatı nazirinin müavinidir.