Atatürkü qoyub qaçan kürdləri, türkün gözünü oyan ərəbləri millətə yamaq eləməkdən əl çəkin - Rüstəm Behrudi

Bir neçə gündür ki, sosial şəbəkədə Çaldıran savaşı ətrafında müzakirələr gedir. 
Müzakirələrə səbəb isə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Çaldıran döyüşünü türklərin, kürdlərin və ərəblərin ortaq qələbəsi adlandırması olub. 
Birmənalı qarşılanmayan bu ifadələr müxtəlif cür yozulub, fərqli şərhlər verilib.
“Sultan Səlimlə Şah Xətai arasındakı Çaldıran savaşında Şah İsmayıla xəyanət eləyən kürdləri və şahı arxadan vuran ərəb pisliyini tərəf kimi göstərmək çox böyük bir ayıbdı”.
Gununsesi.info xəbər verir ki, bu sözləri şair Rüstəm Behrudi deyib:
“İstiqlal savaşında Atatürkü tək qoyub qaçan kürdləri, əsir düşmüş 15 min türk əskərinin gözünü oyan ərəbləri bu millətə yamaq eləməkdən əl çəkin”, – o, həmçinin bildirib.
Rüstəm Behrudi mövzunu şərh edərkən, son olaraq məşhur şeirindən də paylaşım edib:
“Mən kiməm?! Özünə qılınc qaldıran,
Özündən intiqam, qisas alan da
Mənəm Çaldıranda, mənəm Sivasda,
Elə qalib gələn, məğlub olan da!”
“Türk millətini yalaq yerinə qoymaq ən böyük xəyanətdir”, – o, fikirlərini yekunlaşdırıb.