XIV Leo Ukrayna və Rusiya arasında danışıqlara hazırdır: Meloni

“Roma Papası XIV Leo Rusiya və Ukrayna arasında müharibəyə son qoymaq üçün Vatikanda danışıqların növbəti raundunu keçirməyə hazırdır”.

Gununsesi.info xəbər verir ki, bunu İtaliya Baş naziri Corciya Meloni deyib.

İtaliya Baş naziri buna görə XIV Leoya təşəkkür edib.

Roma papası bundan əvvəl bəyan etmişdi ki, Vatikan Rusiya və Ukrayna arasında vasitəçi kimi çıxış edə bilər.

Xatırladaq ki, tərəflər arasında Vatikanda birbaşa danışıqların keçirilməsi təklifi ABŞ Prezidenti Donald Tramp tərəfindən irəli sürülüb.

Gununsesi.info