
Malatyada istehsal olunan və ABŞ-yə ixrac edilən 352 qutu quru ərik üçün geri qaytarılma qərarı verilib. ABŞ Qida və Dərman İdarəsi Türkiyədən göndərilən məhsullarda sulfit qalıqlarının olduğunu açıqlayıb və onları istehlak edənlərin sağlamlıq baxımından əhəmiyyətli risklər ola biləcəyi barədə xəbərdarlıq edib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, son illərdə Türkiyədən Avropa və ABŞ-yə ixrac edilən qida məhsulları müzakirə mövzusu olub və açıqlanan siyahılarda ixrac edilən bir çox tərəvəz və meyvənin tərkibində həddən artıq pestisidlərin olduğu göstərilir.
Sərhəd qapısında aşkarlanan məhsullar adətən Türkiyəyə qaytarılaraq Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı Nazirliyi tərəfindən məhv edilərkən, bəzi məhsulların təhlükələri ilk mərhələdə anlaşılmır.
ABŞ Qida və Dərman İdarəsi müəyyən risklər səbəbindən Floria markasına aid cəmi 352 qutu quru ərikləri geri qaytarmağa qərar verib və aparılan araşdırmalar nəticəsində sözügedən əriklərin Türkiyədən ABŞ-yə göndərildiyi məlum olub.
Günel Həsənova