
İnternetdə 143 mindən çox insan Maqnus Karlsenlə şahmat oynayıb. Aprel ayından davam edən qarşılaşma Karlsenin bərabərə qalması ilə yekunlaşıb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, norveçli şahmatçı, qrossmeyster Maqnus Karlsen dünya üzrə 143 000-dən çox insana qarşı oynadığı “rekord” tək görüşdə heç-heçə ilə kifayətlənmək məcburiyyətində qalıb. Aprelin 4-də Chess.com saytında başlanan “Maqnus Karlsen Dünyaya qarşı” adlı oyun həm də dünya çempionunun iştirak etdiyi ilk onlayn sərbəst yarışma oldu.
“CBS News”un məlumatına görə, Dünya Komandası Karlseni üçüncü dəfə “yoxladıqdan” sonra meqa-matç başa çatıb. Oyunun keçirildiyi internet saytı Karlsenin matçda böyük fərqlə qalib gələcəyini proqnozlaşdırırdı.
Günel Həsənova