İranın müdafiə naziri İrəvandadır - Fotolar

İranın müdafiə naziri briqada generalı Əziz Nəsirzadənin rəhbərlik etdiyi nümayəndə heyəti Ermənistana səfər edib.

Gununsesi.info xəbər verir ki, bu barədə məlumatı Ermənistanın Müdafiə Nazirliyi yayıb.

Səfər Ermənistanın müdafiə naziri Suren Papikyanın dəvəti əsasında həyata keçirilir.