
Zelenski Rusiyanı müharibəni davam etdirmək üçün vaxt udmağa çalışmaqda ittiham edib.
Gununsesi.info xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında paylaşıb.
“Aydındır ki, Rusiya müharibəni və işğalı davam etdirmək üçün vaxt qazanmağa çalışır”-deyə Zelenski bildirib.
Zelenski əlavə edib ki, münaqişənin danışıqlar yolu ilə sona çatması vacibdir. Lakin o, bunun yalnız real və aydın təkliflər əsasında mümkün olacağını vurğulayıb. O, eyni zamanda, Rusiyaya qarşı beynəlxalq sanksiyaların daha da gücləndirilməsinə çağırıb.
Ukrayna lideri Finlandiya Prezidenti Aleksandr Stubb ilə telefon danışığı apardığını və gün ərzində daha bir sıra müttəfiqlərlə əlaqə saxlayacağını da qeyd edib.
Şəbnəm