
BBC media holdinqi ən yüksək maaş alan əməkdaşı, sabiq futbolçu və tanınmış aparıcı Qari Linekeri işdən azad edib.
Bu barədə Gununsesi.info xarici mediaya istinadən xəbər verir.
Məlumata əsasən buna səbəb onun “Instagram”da paylaşdığı, siyonizmi izah edən və siçan təsvirindən istifadə olunan video olub. Bu paylaşım antisemitizm kimi qiymətləndirilib və ictimai qınağa səbəb olub.
Lineker üzr istəyib və paylaşımda qərəz olmadığını deyib.
BBC-nin rəhbəri Tim Deyvi aparıcının səhvini etiraf etdiyini və onunla yollarını ayırdıqlarını bildirib.
Qeyd edək ki, Lineker 2023-cü ildə də sosial şərhlərinə görə müvəqqəti efirdən uzaqlaşdırılmışdı.
Şəbnəm