
Avropa İttifaqı mayın 20-də Rusiyaya qarşı 17-ci sanksiya paketini təsdiqləyib.
Gununsesi.info xəbər verir ki, bu barədəAİ-nin baş diplomatı Kaya Kallas məlumat verib.
Onun sözlərinə görə, yeni sanksiyalar Rusiyanın “kölgə donanmasına” aid təxminən 200 gəmini əhatə edir. Paket həmçinin hibrid təhdidlər və insan hüquqları ilə bağlı məsələləri də nəzərdə tutur.
Kallas əlavə edib ki, Aİ artıq növbəti – 18-ci sanksiya paketi üzərində işləməyə başlayıb. Onun sözlərinə görə, “Rusiya müharibəni nə qədər uzatsa, Aİ-nin cavabı bir o qədər sərt olacaq”.
Qeyd edək ki, Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen daha əvvəl bildirmişdi ki, növbəti sanksiyalar Rusiyanın maliyyə institutlarını və hərbi-sənaye kompleksinə dəstək verən xarici bankları da əhatə edə bilər.
Şəbnəm