Bolqarıstan gələn ildən avroya keçəcək

Bolqarıstan Mərkəzi Bankının rəhbəri Dimitar Radev ölkəsinin 2026-cı il yanvarın 1-dən milli valyuta levdən avroya keçməyə hazır olduğunu açıqlayıb.

Gununsesi.info xəbər verir ki, Radev mətbuata açıqlamasında, avroya keçid üçün lazım olan bütün ilkin şərtlərin yerinə yetirildiyini deyib.

“Məqsədimiz yanvarın1-dən avroya keçməkdir” deyə Radev qeyd edib. Əlavə edib ki, bu məsələdə son sözü Avropa Mərkəzi Bankı və Avropa Komissiyası verəcək:

“Bolqarıstanın avroya keçid üçün ən əhəmiyyətli kriteriyalardan biri inflyasiya ilə bağlıdır. Aprel ayına qədər illik orta inflyasiya 2,7 faiz səviyyəsində qalacaq. Avroya keçid vətəndaşların depozit hesablarını azaltmayacaq. İllər əvvəl avroya qoşulan ölkələrdə vətəndaşların gəlirləri 10-15 faiz artıb, həyat səviyyəsi yüksəlib”.

Gununsesi.info