
Finlandiyanın Pirkkala bölgəsindəki ibtidai məktəbə bıçaqlı hücum nəticəsində 3 şagird yaralanıb, hücumdan sonra şübhəli şagird nəzarətə götürülüb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Şimali Avropa ölkəsi Finlandiyanın cənubunda məktəbə bıçaqlı hücum nəticəsində 3 nəfər yaralanıb . Polis hücumu törətməkdə şübhəli bilinən bir tələbənin tutularaq saxlanıldığını açıqlayıb.
Hücumla bağlı açıqlama verən polis, “Mövcud məlumata görə, yaralananlara kəsici-deşici silah səbəb olub.” Xəsarət alanların həyati təhlükəsinin olmadığı bildirilir.
Yerli Aamulehti qəzetinin paylaşdığı videoda paytaxt Helsinkidən təxminən 180 kilometr şimalda yerləşən Pirkkalada ibtidai məktəbin yaxınlığında çoxlu sayda polis maşınının olduğu əks olunub.
Orxan