
Əlbəttə, özünü istənilən ideoloji xəttə aid etmək, üstəlik, həmin xəttin üzərində yazıb-yaratmaq olar. Çünki ən faydasız, ziyanlı düşüncənin belə ortaya çıxardılası adda-budda yaxşı nümunələri var.
Ancaq bu ideoloji xətt küll halında nə qədər ədəbiyyatdır, necə ədəbiyyatdır?
Ədəbiyyatda müxtəlif xəttlər olduğu kimi, “Sol ədəbiyyatı” anlayışı da var.
Siyası vəziyyətlərə görə bəzən daha çox diqqət görsə, kənardan romantik mənzərə yaransa da, solçuluq ideyası ədəbiyyatda həm də mənasız, faydasız ideyadır və formaca qeyri-estetikdir.
Bəs niyə belədir?
Dünya ədəbiyyatında da baxsaq, solçu ədəbiyyatını bu cür aşağılamaq olar:
“Plakat qaldıranlar”
Yəni, etiraz mitinqində kartonun üstünə üç-beş cümlə romantik söz yazmaqla, oturub onun yüz qatı roman yazmaq arasında çox da fərq yoxdur. Hər ikisi mahiyyətcə eynidir.
Əvvəla, Ssolçuluq ədəbiyyatda hər zaman təbliğat maşını olub, nəinki bir estetika hadisə. Sol ədəbiyyat oxucunun qəlbinə toxunmur, onun beyninə sualını özü verib, özü də tapdığı cavabları salmağa çalışır.
Bir növ, həqiqi ədəbiyyata dal qapıdan soxulur.
Konkret desək, bu xəttdə hər şey başdan ayağa simvol və konyukturadır. Sol ədəbiyyatın daşıyıcıları elə bilir, obraz zülmə qarşı çıxan, mübariz, barışmaz adam olanda möhtəşəm olur, füsunkar ədəbiyyat yaranır.
Sol yazarlar elə bilir, qəhrəman obraz yaratdıqlarına görə xalq bunlara borcludur, çünki onları gözünü açırlar. Di gəl, sistem qurbanları da bunu başa düşmür.
Sol ədəbiyyatında, belə demək olarsa, insan sadəcə bir sosial varlıqdır. Onun təlatümü, hansısa psixoloji durumu əvəzinə hansı sinfə aid olduğu əsas tutulur. Bir obrazın təsviri, ona verilən dəyər burjua olub-olmamasına görə müəyyən edilir.
Sol ədəbiyyatında insan hansısa hadisənin, yaşantının yox, sadəcə və sadəcə hansısa sistem qurbanı kimi təqdim edilə bilir.
Sol ədəbiyyatında bütün hadisələrə siyasi rakursdan, əmək münasibətlərindən baxılır. Əksinə isə zehniyyət imkan vermir.
Sol ədəbiyyatı danışmır, qışqırır.
Ad azadlıq istəsə, desə də, bu ədəbi xətt xüsusi ilə yazıçıya bir sərhəd qoyur, sən belə olmalısan, elə olmalısan, bu cür yazmalısan deyir. Necə demək yox, nə demək əsas götürülür.
Sol ədəbiyyatında, məsələn, gələcək yoxdur. Daha dəqiq, gələcəyə qarşı bir nikbinlik, keçmişin isə ancaq pafoslu romantikası var.
Sol ədəbiyyatında intellektuallıq da yoxdur. Üstəlik, hər zaman əks fikrə dözümsüzlük müşahidə olunur.
Sol ədəbiyyatı daim yox, bəzən aktualdır.
Məsələn, müəyyən dövrdə, müəyyən ədalətsizlik fonunda. Ondan kənarda isə sıradan, səsini başına atan bir adamı xatırladır. Ədəbiyyat isə hər zaman aktual olmağı bacarmalıdır.
Əlbəttə, bütün bunlar “Solçu yazıçılar yaxşı yazıçılar deyil” intonasiyasında deyil.
Bütün bunlar bu ədəbi xəttin həqiqi üzünün göstəricisidir.