
Aİ-nin xarici siyasət rəhbəri Kaja Kallas Rusiyanın sülh danışıqlarında səmimi olmadığını bildirib.
Gununsesi.info bu barədə xarici mediaya istinadən xəbər verir.
O, mayın 13-də Kopenhagendə deyib: “Onlar Ukraynanı bombalamağa davam edirlər. Sülh istəsəydilər, bunu dərhal dayandırardılar”.
Kallasın sözlərinə görə, Ukrayna iki aydır “şərtsiz atəşkəs”ə razıdır, lakin Moskva vaxt udmağa çalışır.
O, İstanbulda mümkün Putin-Zelenski görüşünü “yaxşı addım” adlandırsa da, Putinin buna cəsarət edəcəyini düşünmür.
Xatırladaq ki, Putin mayın 15-də İstanbulda birbaşa danışıqlar təklif edib. Zelenski cavab olaraq yalnız Putinlə üzbəüz görüşə razı olduğunu açıqlayıb. Kreml hələlik danışıqlarda kimin iştirak edəcəyini bildirməyib.
Şəbnəm