İsveçdə PKK/YPG lideri olduğu iddia edilən şəxs saxlanılıb

Terror təşkilatı PKK/YPG-nin lideri olduğu iddia edilən Şiyar Əlinin mayın 11-də İsveçdə polis tərəfindən saxlanıldığı məlum olub.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Gavle Dagbladet (GD) qəzetinin məlumatına görə,  İsveç Kəşfiyyat İdarəsinin (SEPO) əməkdaşları Əlinin evinə basqın edərkən, onun kompüteri və rəqəmsal materialları ələ keçirilib.

GD qəzetinin əlaqə saxladığı SEPO rəsmiləri belə əməliyyatlarla bağlı mediaya məlumat vermədiklərini və açıqlama verməyəcəklərini bildiriblər.

Qəzet Əlinin əlləri arxada saxlandığını əks etdirən fotonu dərc edərkən, Əlidən heç bir xəbər alınmadığını və onun harada saxlanmasının məlum olmadığını yazıb.

Əli 16 yanvar 2023-cü ildə təxminən 400 min avronun yuyulmasında şübhəli bilinərək Stokholm Nacka Rayon Məhkəməsinə gətirilib.

Əlinin 27 oktyabr 2017-ci ildə Almaniyanın Köln və Bonn şəhərləri arasında yerləşən Troisdorf bölgəsindəki qondarma PKK/YPG ofisindən “Suriyanın şimalı üçün toplanan yardım” olduğunu iddia etdiyi pulları avtomobillə gətirdiyi məlum olub.

2017-ci ildə İsveç polisi paytaxt Stokholmun Nacka səmtində yerləşən və terror təşkilatı PKK/YPG-nin Avropada təbliğatı aparan Newroz TV (Aryen) kanalına basqın edərək, kanaldan 400 min avro ələ keçirib və Şiyar Əli haqqında “sənəd saxtakarlığı, çirkli pulların yuyulması” ilə bağlı istintaq başlayıb.

Nacka Rayon Məhkəməsi 2024-cü il aprelin 18-də Əliyə bu ittihamdan bəraət verdi.

Orxan

Gununsesi.info