
Yunanıstanda Yeni Demokratiya Partiyasından olan millət vəkili Maksimos Harakopoulosun evinin qarşısında partlayış baş verib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Yunanıstanın baş naziri Kiriakos Mitsotakisin hakim Yeni Demokratiya (ND) partiyasından olan millət vəkili Maksimos Harakopoulosun yaşadığı yaşayış binasının qarşısında səhər saatlarında partlayış baş verib.
Yunanıstanın dövlət xəbər agentliyi AMNA-nın məlumatına görə, naməlum şəxslər Harakopoulosun yaşadığı yaşayış binasının qarşısına düşərgə qaz balonundan hazırlanmış partlayıcı qurğu yerləşdiriblər.
Partlayış binanın girişində cüzi maddi ziyana səbəb olub, ölən və yaralanan olmayıb.
Yunanıstan hökumətinin sözçüsü Pavlos Marinakis, verdiyi yazılı açıqlamada hücumu pisləyib və “Yeni Demokratiya Partiyasından olan deputat Maksimos Harakopoulosun evinə edilən hücum kor-koranə bir zorakılıqdır” deyib.
Orxan