Makronun Qəzza cavabı: Netanyahunun hərəkətləri utancvericidir

Fransa prezidenti Makron İsrailin Qəzzaya yardım axınının qarşısını almasını tənqid edərək, Netanyahu və hökumətinin hərəkətlərinin qəbuledilməz olduğunu deyib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, İsrailin Qəzza zolağına hücumu, işğalı və blokadası 19 aydır davam edərkən, Fransa prezidenti Emmanuel Makron TF1 kanalına müsahibəsində Qəzza zolağına yardımların girişini əngəlləyən baş nazir Benyamin Netanyahu və hökumətinə reaksiya verib.

Makron Qəzzada humanitar böhrana və aclığa diqqət çəkərək, “Binyamin Netanyahu hökumətinin etdikləri qəbuledilməzdir… Su, dərman yoxdur, yaralılar çölə çıxa bilmir, həkimlər içəri girə bilmir. Netanyahunun etdikləri utancvericidir” deyib.

Orxan

Gununsesi.info