Xətai Məhkəməsi səhhəti ağırlaşan qazini həbsdə saxlayıb

  • By admin
  • 14 May 2025 17:48

 

 

Xətai Rayon Məhkəməsi hazırda həbsdə olan 44 Günlük Vətən Müharibəsinin qazisi Hacı Vəliyevi ev dustaqlığına buraxmayıb.

Bu barədə Gununsesi.info-ya onun vəkili Aqil Layic bildirib.

Onun sözlərinə görə, vəsatətdə Hacı Vəliyevin səhhətinin kəskin pisləşməsi göstərilsə də məhkəmə bunu nəzərə almayıb.

 

Bu arada məlum ooub ki, Hacı Vəliyev həkim laqeyidsizliyinə etiraz etdiyi üçün karserə salınıb.

Qeyd edək ki, Hacı Vəliyev xuliqanlıqda ittiham olunsa da o, bunu qəbul etmir.

Həbsini tənqidi çıxışları ilə əlaqələndirir.

 

Günay

Gununsesi.info