
Xəbər verdiyimiz kimi, dünyanın ən kasıb prezidenti adı ilə tanınan Uruqvayın keçmiş prezidenti Xose Muxika 89 yaşında vəfat edib.
Dünya ictimaiyyətində kədərlə qarşılanan bu vəfat xəbərinə reaksiyalar gəlməkdə davam edir.
Belə ki, bu dəfə onun ölümündən Türkiyədə həbs olunan İstanbul bələdiyyəsinin sədri Əkrəm İmamoğlu yazıb.
Gununsesi.info Əkrəm İmamoğlunun sözügedən mətnini təqdim edir:
” “Pepe” bizi tərk etdi. Bəşəriyyətin tarixi vicdanı bu gün böyük bir abidəni itirdi. 2010-2015-ci illər arasında Uruqvay prezidenti vəzifəsini icra edən Xose Alberto Muxika Kordano həyatı, əxlaqı və vicdanı ilə bütün bəşəriyyətə örnək olan gözəl bir insan idi. O, hakimiyyətə can atan, iddialı və korrupsioner siyasətçilərin tam əksi olan bir həyat yaşadı, heç vaxt öz reputasiyasını pozmadı. “Reputasiyaya qənaət etmək olmaz” deyənlərin əksinə olaraq bütün dünyaya əsl reputasiyanın nə olduğunu öyrətdi. Çünki onun üçün reputasiyası tikdirdiyi çoxotaqlı saraylarda deyil, təvazökar bir gecəqonduda yaşayırdı. O, öz hakimiyyətini möhtəşəm saray taxtlarında deyil, bütün Latın Amerikasının, xüsusən Uruqvayın və dünyanın məzlum xalqının qəlbində bərqərar etdi. O, vicdanlı, əxlaqlı və ədalətli dövlət başçısının necə yaşamalı olduğunu bütün dünyaya ruhlandırıcı və möhtəşəm nümunəyə çevirdi.
Əlvida Pepe…
Sizinlə görüşmək böyük şərəf idi. Rahat yat”.