Ukrayna: Rusiya Oreşnik raketini sınaqdan keçirə bilər

Rusiya hipersəs silah sistemlərindən biri olan RS-26 “Oreshnik” raketini sınaqdan keçirə bilər.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Rusiyanın qabaqcıl hipersəs silah sistemlərindən biri olan RS-26 “Oreşnik” raketinin sınaqdan keçirilə biləcəyinə dair iddialar bölgədə gərginliyi yenidən artırıb.

Ukraynanın müdafiə nəşri “Militarnyi”nin məlumatına görə, Rusiya mayın 12-13-də Kapustin Yar raket sınaq poliqonu ətrafındakı hava məkanını məhdudlaşdıran NOTAM (hava məkanı xəbərdarlığı) verib.

Bu, Moskvanın yeni hipersəs hücumuna hazırlaşdığı ilə bağlı fərziyyələri artırıb.

 

Orxan

Gununsesi.info