BMT-nin baş katibi İstanbula getməyəcək

Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreş Rusiya və Ukrayna arasında mümkün danışıqlar üçün İstanbula getməyəcək.

Gununsesi.info xəbər verir ki, bu barədə BMT baş katibinin rəsmi nümayəndəsi Fərhan Haq bildirib.

Qeyd edək ki, sabah İstanbulda Rusiya və Ukrayna nümayəndələri arasında münaqişənin nizamlanması ilə bağlı görüş keçiriləcək.

Gununsesi.info