
Mayın 13-də İstanbulun Boğaziçi Universitetində İslam təbliğatçısı Nurəddin Yıldızın konfransına etiraz edən 97 tələbə polis tərəfindən saxlanılıb.
Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Məlumata əsasən, tələbələr Nurəddin Yıldızın erkən nikahla bağlı səsləndirdiyi fikirlərə etiraz ediblər. Qeyd olunan konfrans isə universitetin tələbə klubu tərəfindən təşkil olunub.
İstanbul qubernatoru bildirib ki, tələbələr polis kordonunu yarmaq istədikləri üçün saxlanılıb. Qubernatorun sözlərinə görə, insident zamanı 13 polis əməkdaşı 5 metrlik tikinti çuxuruna yıxılaraq xəsarət alıb.
Boğaziçi Universitetinin tələbələri son vaxtlar ölkədə keçirilən etiraz aksiyalarında, xüsusilə İstanbulun bələdiyyə başqanı Əkrəm İmamoğlunun saxlanılması ilə bağlı proseslərdə fəal iştirak edirlər.
Qeyd edək ki, aprelin əvvəlində minlərlə tələbə İstanbul və Ankarada İmamoğlunun həbsi ilə bağlı etiraz aksiyası keçirmişdi.
Şəbnəm