
Ukrayna münaqişəni həlli etmək üçün İstanbulda istənilən formatda danışıqlara hazırdır.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
“Ukrayna Türkiyədə istənilən formatda danışıqlara hazırdır. Biz görüşlərdən qorxmuruq”, – o qeyd edib.
Zelenski həmçinin qarşıdakı həftənin danışıqların gedişində həlledici ola biləcəyini bildirib.
“Bu həftə həqiqətən çox şeyi dəyişə bilər… İndi hələ ki, bütün bunlar həll olunur”, – o deyib.