
Almaniya hökuməti bu gün atəşkəs əldə olunmasa, avropalı tərəfdaşlarla koordinasiyada yeni sanksiyalar hazırlayacaq.
Gununsesi.info xəbər verir ki, bu barədə Almaniyanın sözçüsü Stefan Kornelius Berlində keçirdiyi brifinqdə bildirib.
Aparıcı Avropa dövlətləri hesab edir ki, Ukraynada sülhə nail olmaq üçün məsuliyyət indi Rusiyanın üzərinə düşür.
“Almaniya Rusiyanın dərhal atəşkəsə razılıq verməsini və sonra danışıqlara hazır olmasını gözləyir. Ukrayna buna hazırdır. İndi aydındır: Rusiya irəliyə doğru addım atmalıdır”, – Almaniyanın xarici işlər naziri Yohan Vadeful deyib.
Bundan əvvəl Fransa prezidenti Emmanuel Makron da Rusiyanın atəşkəslə razılaşmaqdan imtina edəcəyi təqdirdə Avropa və ABŞ-ın “kütləvi” sanksiyaları barədə xəbərdarlıq etmiş, Almaniya kansleri Fridrix Merz isə Ukraynaya irimiqyaslı hərbi yardımın davam etdiriləcəyini əlavə etmişdi.