
Ukrayna ilə danışıqlarda iştirak edəcək Rusiya nümayəndə heyəti İstanbula gəlib.
Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.
Moskva nümayəndə heyətinə Rusiya prezidentinin köməkçisi Vladimir Medinski (nümayəndə heyətinin rəhbəri), xarici işlər nazirinin müavini Mixail Qaluzin, Baş Qərargah rəisinin müavini İqor Kostyukov və müdafiə nazirinin müavini Aleksandr Fomin daxildir. Ekspertlər qrupuna isə Baş Qərargahın informasiya idarəsi rəisinin birinci müavini Aleksey Zorin, Prezident Administrasiyasının humanitar siyasət üzrə idarə rəisinin müavini Yelena Podobreyvskaya, Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə İkinci Departamentinin direktoru Aleksey Polişuk və Müdafiə Nazirliyinin beynəlxalq hərbi əməkdaşlıq baş idarəsi rəisinin müavini Vitali Şevtsov daxil edilib.
Rəsmi Kiyevi isə danışıqlarda xarici işlər naziri Andrey Sibiqa, Prezident Administrasiyasının rəhbəri Andrey Yermak, müdafiə naziri Rüstəm Umerov, Prezidentin müşaviri İqor Jovkva təmsil edir.