
Gəncədə yolu keçmək istəyən yaşlı qadını maşın vurub.
Gununsesi.info xəbər verir ki, hadisə şəhərin mərkəzi küçələrinin birində qeydə alınıb.
Belə ki, şəhər sakini 1956-cı il təvəllüdlü Simi Bağırova yolu keçmək istəyərkən onu avtomobil vurub.
Piyada yaxınlıqdakı xəstəxanalardan birinə yerləşdirilib. Ona ilkin tibbi yardım göstərilib, vəziyyəti orta-ağır qiymətləndirilir.