
ABŞ prezidenti Donald Trampa Qətər tərəfindən dəbdəbəli Boeing təyyarəsi hədiyyə ediləcək. Təxminən 400 milyon dollarlıq bu hədiyyə tənqid hədəfinə çevrildi.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Boeing 747-ni hədiyyə etdiyi üçün tənqid atəşinə tutulub.
Qətərin ABŞ-yə hədiyyə etməyi planlaşdırdığı təxminən 400 milyon dollar dəyərində olan təyyarə Trampın öz partiyası da daxil olmaqla bir çox dairələrin reaksiyasına səbəb olub.
Trampı tənqid edənlər arasında Con Tun və Rand Pol kimi respublikaçılar da var.
“Düşünürəm ki, təyyarə insanlara səhv mesaj göndərəcək və ümid edirəm ki, Tramp bu hədiyyəni rədd edəcək”, – Paul deyib.
Lakin Tramp tənqidlərə baxmayaraq Qətərdən gələn təyyarəni qəbul etməkdə qərarlıdır.
O, sosial şəbəkədə yazıb: “Niyə hərbçilərimiz və vergi ödəyicilərimiz yaxşı görülən işə görə bizi mükafatlandırmaq istəyən ölkədən pulsuz təyyarə ala bildikləri halda, yüz milyonlarla dollar ödəməlidirlər?”.
O, təyyarənin ölkəsi üçün böyük qənaət demək olduğunu bildirib.
“Ölkəmiz adından bu hədiyyəni qəbul etməyən hər kəs axmaq olardı”, – Tramp əlavə edib.
Orxan