
Bu ilin yanvar-mart aylarında Azərbaycan 1 milyard 703,7 milyon dollar dəyərində 18 min 941.97 kq. qızıl idxal edib.
Gununsesi.info xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat açıqlayıb.
Azərbaycanın qızıl idxalında ən çox paya malik 3 ölkə Rusiya (23 faiz), Avstraliya (17,7 faiz) və Böyük Britaniya və Şimali İrlandiyanın Birləşmiş Krallığıdır (11,6 faiz).
Ötən il isə Azərbaycana 11 ölkədən 3 milyard 312.9 milyon dolları dəyərində 41 min 78.4 kiloqram qızıl idxal etmişdi. Qızıl idxalı dedikdə, qızıldan yarımişlənmiş formalarda çubuqlar, məftil və profillər, lövhələr, istənilən altlıq nəzərə alınmadan qalınlığı 0,15 mm-dən çox olan vərəqlər, zolaqlar və ya lentlər nəzərdə tutulur.
Aşağıdakı cədvəldə bu ilin birinci rübündə Azərbaycana idxal edilən qızılın ölkələr üzrə həcmi verilib:
Ölkələr |
miqdar, kq. |
məbləği, min ABŞ dolları
|
Özbəkistan
|
481.75
|
45139.78
|
Rusiya
|
4416.04
|
403255.41
|
Amerika Birləşmiş Ştatları
|
298.64
|
26232.93
|
Avstraliya
|
3353.93
|
290123.54
|
Böyük Britaniya və Şimali İrlandiyanın Birləşmiş Krallığı
|
2189.22
|
198272.24
|
Braziliya |
896.79
|
81970.85
|
Cənubi Afrika Respublikası
|
100.48
|
9233.64
|
Çin |
1173.72
|
108207.58
|
Çinin xüsusi inzibati rayonu Honkonq
|
171.77
|
15384.9
|
İsveçrə |
394.21
|
32073.57
|
Kanada |
1375.07
|
129773.39
|
Meksika |
2007.11
|
174711.79
|
Türkiyə |
959.78
|
88713.07
|
Yaponiya |
37.88
|
3552.22
|
Zimbabve
|
12.2
|
1133.44
|
Almaniya |
1012.1
|
90445.28
|
İspaniya |
48.16
|
4252.43
|
Rumıniya
|
13.12
|
1224.06 |