Bu gün İstanbulda Rusiya və Ukrayna nümayəndələrinin görüşü olacaq

Bu gün Türkiyənin İstanbul şəhərində Ukrayna və Rusiya nümayəndə heyətləri arasında görüş olacaq.

Gununsesi.info TASS-a istinadən xəbər verir ki, danışıqlar Türkiyə Prezidentinin rəsmi iş ofisi Dolmabahçe Sarayında keçiriləcək.

Görüşün saat 11:00-da ( Bakı vaxtı ilə) başlaması planlaşdırılır.

Qeyd edək ki, görüş mətbuat üçün qapalı olacaq.

Gununsesi.info