Aİ-nin Rusiyaya qarşı 17-ci sanksiya paketi

Aİ-nin xarici işlər üzrə ali nümayəndəsi Kallas Aİ ölkələrinin Rusiyaya qarşı 17-ci sanksiyalar paketi ilə bağlı razılaşmasını alqışlayıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Avropa İttifaqına (Aİ) üzv ölkələr Rusiyanın neft daşıyan kölgə donanmasını hədəf alan 17-ci sanksiyalar paketi ilə bağlı razılığa gəliblər .

Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas sosial media hesabında etdiyi paylaşımda Aİ ölkələrinin Rusiyaya qarşı sanksiyalar paketi ilə bağlı razılığa gəldiyini açıqlayıb.

Kallas bildirib ki, yeni sanksiyalar müharibəni maliyyələşdirmək üçün qeyri-qanuni yollarla neft daşıyan Rusiyanın kölgə donanmasının böyük bir hissəsini hədəf alıb.

Tam təfərrüatları açıqlanmayan yeni sanksiyaların Rusiyanın neft ixracına qoyulan məhdudiyyətlərdən yan keçmək üçün istifadə etdiyi 200-ə yaxın tankeri qara siyahıya salacağı gözlənilir.

Orxan

Gununsesi.info