Rusiya-Ukrayna danışıqları ilə bağlı NATO-dan açıqlama

Bu gün İstanbulda keçiriləcək Rusiya-Ukrayna danışıqlarının nəticəsi Moskva nümayəndə heyətindən asılıdır.

Gununsesi.info xəbər verir ki, bunu NATO baş katibi Mark Rutte alyansa üzv ölkələrin xarici işlər nazirlərinin Antalyada keçiriləcək sammitindən əvvəl keçirdiyi brifinqdə deyib.

“Açığı, danışıqların nəticəsi Rusiya nümayəndə heyətindən asılıdır. Yaxın günlərdə nə olacağını görəcəyik. Amma mən ehtiyatlı optimistəm.

Ukrayna atəşkəsə və dərhal danışıqlara hazırdır. Bu, aydındır. Top artıq Rusiyanın meydanındadır. Onlar nə etdiklərini və niyə burada olub-olmadıqlarını izah etməlidirlər”, – alyans rəhbəri bildirib.

Gununsesi.info