İran prezidenti Pezeşkian ABŞ prezidenti Trampa reaksiya verib

İran prezidenti Məsud Pezeşkian ABŞ prezidenti Donald Trampın İranı hədəf alan açıqlamalarına reaksiya verib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Pezeşkiyan “Biz heç bir tirana boyun əyməyəcəyik” deyib.

İran prezidenti Pezeşkian Kirmanşah əyalətində etdiyi çıxışda Trampın İranın iğtişaşların səbəbi və təhlükə mənbəyi olması ilə bağlı açıqlamalarını rədd edib.

İsrailin Qəzzaya hücumlarına toxunan Pezeşkian, “Müharibəyə biz başlayaq, yoxsa bölgə ölkələrinə bomba və raketlər verən sizsiniz?” ,- deyə o, bildirib.

“47 ildir bu dövləti və milləti diz çökdürməyə çalışdılar, amma bacarmadılar” deyən İran prezidenti əlavə edib: “Təhdidlər qarşısında geri addım atacağımızı düşünmək axmaq bir fikirdir. Biz heç bir tirana boyun əyməyəcəyik”.

Orxan

Gununsesi.info