
ABŞ–nin Virciniya ştatında McDonald’s filialı 21 yaşdan kiçik müştərilərin restorana daxil olmasını qadağan edib.
Gununsesi.info xarici KİV-ə istinadən verir ki, ABŞ-nin Virciniya ştatında yerləşən McDonald’s filialı müştərilərin böyük tələbi ilə 21 yaşdan kiçik müştərilərin ölkəyə girişini məhdudlaşdırıb. Frankoniya bölgəsindəki filialın aldığı bu qərarın bölgədə artan tələbə zorakılığı səbəbindən alındığı bildirilib.
Qərardan sonra restoranın interyerinə yalnız 21 yaşdan yuxarı müştərilər buraxılacaq. Həmin müştərilər də restorana daxil olmaq üçün qapının zəngini basmalıdırlar. Onlar təyin olunmuş işçi tərəfindən içəri buraxılmalıdır. Tətbiq yalnız həftə içi, bazar ertəsindən cümə gününə qədər etibarlı olacaq. Valideynlər özləri ilə maksimum dörd uşaq gətirmək şərti ilə restoranda nahar edə biləcəklər.
Məkana gələn bəzi müştərilər gənclərin göstərdiyi nalayiq davranışa sərt reaksiya veriblər. Stacey adlı müştəri NBC Washington-a bildirib:
“Bu uşaqlar nəzarətdən çıxıb. Hörmət yoxdur, nizam-intizam yoxdur. Siqaret çəkirlər, söyüş söyürlər. Valideynləri bu davranışa göz yumurlar”.
Günel Həsənova