
İsrail ordusu 19 aydır şiddətli havadan və qurudan hücumlar həyata keçirdiyi Qəzza zolağının şimalında 4 məktəb, bir universitet və xəstəxanaya hücumla hədələyib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, İsrail Ordusunun sözçüsü Aviçay Adraee X hesabında etdiyi paylaşımda Qəzza İslam Universiteti və Şifa xəstəxanası da daxil olmaqla Qəzza şəhərindəki bir çox məktəbə hücum edəcəklərini açıqlayıb.
Adraee-nin hədəf alacağını açıqladığı xidmət binaları Qəzza şəhərinin sıx məskunlaşdığı Rimal məhəlləsində yerləşir.
İsrail ordusunun hücum təhdidləri verdiyi ərazilər Qəzza zolağından didərgin düşmüş fələstinlilər üçün sığınacaq kimi də tanınır.
BMT-nin paylaşdığı rəqəmlərə görə, Qəzzadakı təqribən 2,3 milyon fələstinlinin 90 faizi İsrail ordusunun hücumları nəticəsində ən azı bir dəfə köçkün vəziyyətinə düşüb.
Yanvarın 19-da əldə olunan atəşkəsdən sonra İsrail ordusu martın 18-i səhər saatlarında Qəzza zolağına yenidən şiddətli hücumlara başlayıb.
Orxan