Tramp: “Suriyaya qarşı bütün sanksiyaları ləğv edəcəyəm”

ABŞ Prezidenti Donald Tramp Suriyaya qarşı bütün sanksiyaların ləğv ediləcəyini açıqlayıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, o, bu bəyanatı o, Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən investisiya forumunda verib.

“Mən Suriyaya qarşı bütün sanksiyaların ləğvini əmr edəcəyəm ki, onlara yüksəlmək şansı verilsin. İndi onların parlama vaxtıdır,” – deyə Tramp bildirib.

O, bu qərarı Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salman və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təşviqi ilə verdiyini qeyd edib.

Suriyanın xarici işlər naziri Əsəd Həsən Şeybani bu addımı “xalq üçün mühüm dönüş nöqtəsi” adlandırıb. BMT və keçmiş ABŞ səfiri Robert Ford da qərarı müsbət dəyərləndirərək, sanksiyaların ləğvinin Suriyanın bərpası üçün vacib olduğunu vurğulayıblar.

Ağ Ev Trampın mayın 14-də Səudiyyə Ərəbistanında Suriyanın yeni lideri Əhməd əl-Şara ilə qısa görüş keçirə biləcəyini bildirib.

Qeyd edək ki, yanvar ayında Avropa İttifaqı da Suriyaya qarşı bəzi sanksiyaları yumşaltmaq qərarı vermişdi.

 

 

Şəbnəm

Gununsesi.info