Yəməndən Ben Qurion hava limanına yeni hücum

Yəməndə İranın dəstəklədiyi husilər İsraildəki Ben Qurion hava limanını hipersəs raketi ilə yenidən hədəf aldıqlarını açıqlayıblar.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Husi ordusunun sözçüsü Yəhya Seri, raket bölmələrinin Ben Qurion hava limanına qarşı hipersonik ballistik raketlə “hərbi əməliyyat” həyata keçirdiyini və raketin hədəfi müvəffəqiyyətlə vurduğunu bildirib.

Seri, raketin milyonlarla israillinin bomba sığınacaqlarına sığınmasına səbəb olduğunu və hava limanının fəaliyyətinin təxminən bir saat dayandığını bildirib. Hücumun “məzlum Fələstin xalqına dəstək və Qəzzada İsrailin soyqırımını rədd etməsi” üçün edildiyini ifadə edən Seri hava limanında uçuş qadağası xəbərdarlığını təkrarlayıb. Hücum zamanı Qüdsdə sirenlər səslənib və qısamüddətli çaxnaşma yaşanıb. İsrail ordusu Yəməndən İsrailə doğru raket atıldığını və raketin zərərsizləşdirildiyini iddia edib.

Digər tərəfdən İordaniya ordusu ölkənin cənubundakı Maan əyalətindəki səhraya mənşəyi məlum olmayan raketin düşdüyünü açıqlayıb.

Orxan

Gununsesi.info