Bloger Hüseyn Həsənov 7 il həbs oluna bilər

Milyonçu-bloger Hüseyn Həsənov vergi borclarının olmadığını deyib.

Gununsesi.info Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə o, “Instagram” sosial şəbəkəsindəki səhifəsində izləyicilərinə müraciət edərkən deyib.

“Bəli, “qiyabi həbs” sərt səslənir, amma əslində hər şey o qədər də dramatik deyil. Vergilərlə bağlı bütün məsələlər hələ ötən il həll edilib”, – o yazıb.

Bloger vəkillərinin artıq bu məsələ ilə bağlı iş apardıqlarını sözlərinə əlavə edib.

Xatırladaq ki, H. Həsənov Rusiya Cinayət Məcəlləsinin 174-cü maddəsinin 4-cü hissəsinə əsasən – xüsusilə külli miqdarda pul vəsaitlərinin leqallaşdırılması və yuyulmasında ittiham olunur.

Çirkli pulların yuyulması ittihamı ilə axtarışa verilən Hüseyn barəsində qiyabi həbs qərarı verilib. Onu yeddi ilə qədər həbs gözləyir.

Gununsesi.info