
İstanbulda gözlənilən danışıqlar fonunda Ukrayna Prezidenti Volodimir Zelenski Nəriman Cəlalovun Ukraynanın Türkiyədəki səfiri vəzifəsinə təyin edilməsi haqqında sərəncam imzalayıb.
Gununsesi.info xəbər verir ki, bu barədə məlumat Ukrayna Prezident Ofisinin saytında dərc edilib.
Qeyd edək ki, bundan əvvəl Cəlalov Krım Tatar Milli Məclisinin sədr müavini olub.
Xatırladaq ki, Cəlalov ötən ilin iyun ayında baş tutmuş məhbus mübadiləsi çərçivəsində Rusiya həbsxanasından azad edilib.