Perunun baş naziri Adrianzen istefa verib

Perunun baş naziri Qustavo Adrianzen Konqresdə etimadsızlıq səsverməsindən sonra tutduğu vəzifədən istefa verdiyini açıqlayıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Perunun baş naziri Qustavo Adrianzen paytaxt Limada verdiyi açıqlamada vəzifəsindən istefa verdiyini açıqlayıb. 

Adrianzen xalqa müraciətində istefa ərizəsini prezident Dina Boluarteyə təqdim etdiyini bildirərək deyib:

 “Cənab prezident, ölkənin maraqları naminə bu gün sizə bildirmək istəyirəm ki, Nazirlər Şurasının sədri vəzifəsindən dönməz şəkildə istefa vermişəm”.

Ölkənin çətin anlarında üzərinə düşən vəzifəni böyük məsuliyyətlə yerinə yetirdiyini bildirən Adrianzen, həmçinin bildirib:

“Əminəm ki, bu gün tamamladığımız tarixin səhifələri yalnız övladlarımızın və nəvələrimizin oxuyacağı səhifələrdir. Yalnız bundan sonra ədalət öz yerini tapacaq”.

Orxan

Gununsesi.info