Babək prospektində yol qəzası tıxaca səbəb oldu

Bakının Xətai rayonu, Babək prospektində yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Gununsesi.info -ya DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.

Qeyd olunub ki, qəza səbəbindən mərkəz istiqamətində nəqliyyat sıxlığı yaranıb. Sıxlığın aradan qaldırılması üçün polis əməkdaşları tərəfindən tədbirlər görülür.

Gununsesi.info