
İsrail ordusunun Qəzza zolağına son hücumları nəticəsində ən azı 49 nəfər ölüb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Qəzza zolağında qətliamlarını davam etdirən İsrail ordusu gecə yarısından etibarən Cibaliya Qaçqınlar Düşərgəsi və ətrafındakı mülki evlərə və çadırlara ən azı dörd dəfə hücum edib. Hücumlarda ən azı 45 nəfərin öldüyü bildirilir.
Xan Yunus şəhərində çadıra pilotsuz təyyarənin hücumu nəticəsində eyni ailədən 4 nəfərin həyatını itirdiyi bildirilib. Hücumlarda çoxlu mülki vətəndaşın yaralandığı və ölənlərin sayının arta biləcəyi bildirilib.
İsrail martın 18-də Qəzza zolağında atəşkəsi birtərəfli qaydada pozduqdan sonra İsrail ordusu bölgədə qırğınlarını artırıb. Fələstin Səhiyyə Nazirliyindən verilən son açıqlamada, İsrailin 7 oktyabr 2023-cü ildən bu yana həyata keçirdiyi hücumlarda həyatını itirənlərin sayının 52 min 908, yaralananların sayının isə 119 min 721 nəfərə çatdığı açıqlanıb.
Orxan