Qaradağda 18 kq narkotik dövriyyədən çıxarıldı - VİDEO

Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı əməliyyat keçirilib.

Bu barədə Gununsesi.info-ya DİN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, tədbir zamanı narkoşəbəkənin daha 2 üzvü – 39 yaşlı Vitaliy Belenki və 44 yaşlı Miralim Əliyev saxlanılıb. Onlardan 18 kiloqram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb.

Onlar narkotik vasitəni şəxsiyyəti istintaqla araşdırılan narkotacirdən əldə etdiklərini və ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırdıqlarını bildiriblər.