
İranın dövlət televiziyası çərşənbə axşamı verdiyi açıqlamada insanları “WhatsApp” proqramını telefonlarından çıxarmağa çağırıb. Açıqlamada tətbiqin istifadəçi məlumatlarını topladığı və bu məlumatların terror dövlətinə ötürüldüyü iddia edilib. Lakin bu iddianı təsdiqləyən konkret sübutlar təqdim olunmayıb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, iyunun 13-də terror dövləti olan İsrailin başlatdığı hücum və İranın cavab hücumu ilə başlayan qarşıdurmalar altıncı gününə qədəm qoyub.
Meta İddialar əsassız
Meta tərəfindən edilən rəsmi açıqlamada “WhatsApp” a qarşı ittihamlar qəti şəkildə rədd edildi. Şirkətin bəyanatında aşağıdakı ifadələr yer alır:
“Bu cür yalan iddiaların xidmətlərimizə girişi məhdudlaşdırmaq üçün bəhanə kimi istifadə olunmasından narahatıq”. “WhatsApp” mesajların şifrələmə texnologiyası ilə qorunduğunu, nə onların, nə də üçüncü şəxslərin məzmuna daxil ola bilməyəcəyini vurğulayıb.
Həmçinin, “Biz istifadəçi yerlərini izləmirik, mesaj məzmununa daxil olmuruq və hökumətlərə toplu məlumat vermirik.”
Ensonhaberdə yer alan xəbərə görə, Kornell Universitetinin kibertəhlükəsizlik üzrə mütəxəssisi Qreqori Falko “WhatsApp” ın mesaj məzmunu şifrələnsə də, bəzi metadataları açıq saxladığına diqqət çəkib. Falco bu cür məlumatlarla istifadəçi davranışı ilə bağlı nəticələr çıxarıla biləcəyini və tətbiq haqqında məlumatların İrandan kənarda saxlanmasının da məlumatların suverenliyi baxımından problemlər yaratdığını qeyd edib. Falcoya görə, ölkələr öz vətəndaşlarının məlumatlarını sərhədləri daxilində saxlamağı məcbur etməlidirlər.
Günel Həsənova